AZ

ABŞ qırıcıları İran tərəfindən məhv edilir - SİYAHI



ABŞ İrandakı müharibənin yeni mərhələsinə qədəm qoyması ilə iki təyyarəsini itirib.
Aia.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ təyyarələrinin itkisindən sonra münaqişə daha da şiddətlənir, enerji böhranları və Hörmüz boğazı ətrafındakı böhran isə qlobal gərginliyi daha da artırır.

SEPAH ABŞ-a məxsus F-35 qırıcı təyyarəsini vurduğunu açıqlayıb və bu, iki ölkə arasında axtarış-xilasetmə əməliyyatına səbəb olub. Bölgəyə göndərilən A-10 Thunderbolt II hücum təyyarəsi isə Fars körfəzində qəzaya uğrayıb.

Ağ Evin məlumatına görə, F-15E ekipaj üzvlərindən biri xilas edilib, ikincisinin axtarışı isə davam edir. Prezident Donald Tramp hadisə ilə bağlı məlumatlandırılıb, lakin o, xilasetmə əməliyyatı ilə bağlı şərh verməkdən imtina edib.
“The New York Times”ın məlumatına görə, Fars körfəzində qəzaya uğrayan A-10 təyyarəsinin pilotu da təxliyə edilib.
Verilən məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri İrna əməliyyatı zamanı çoxsaylı təyyarələrini itirib və ümumi itkilər 2 milyard dolları keçib. İtirilmiş təyyarələrin siyahısı sosial mediada dərc edilib.

“Tasnim” və digər İran mediası müasir Amerika qırıcı təyyarəsinin məhv edilməsi barədə məlumat verib və təyyarənin qalıqlarının fotolarını dərc edib.

Müharibənin başlanğıcından bəri İran qüvvələri tərəfindən cəmi 17 ABŞ-a məxsus Reaper dronu vurulub. Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasında erkən xəbərdarlıq və idarəetmə təyyarələrindən biri məhv edilib. İranda axtarış-xilasetmə əməliyyatları zamanı daha iki ABŞ helikopteri zədələnib.



Seçilən
45
21
aia.az

10Mənbələr