AZ

Sumqayıtda qardaşını bıçaqlayan şəxslə bağlı İLGİNC İDDİA: Ağlı başında deyildi VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Sumqayıtda qardaşlar arasında baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.Bizim.Media xəbər verir ki, hadisə şahidi olan qonşunun Baku TV-yə dediklərinə görə, şübhəli şəxs ruhi xəstə olub və həmin an özündə olmayıb."Ruhi xəstədir, ağlı başında deyildi. Polislər gəldi, əlində bıçaq var idi, hətta polis əməkdaşlarının üzərinə cumurdu, birtəhər onu apardılar. Anası qışqırırdı ki, qan töküldü. Qonşular yaralıya yardım edib, yarasını bağladılar. Daha sonra təcili yardım çağırdıq, polis əməkdaşları da gəlib onu apardılar", - deyə qonşu Adilə Qasımova bildirib.Digər qonşu Lətifə Qurbanovanın sözlərinə görə, qardaşlardan biri evlənmək istədiyi üçün yola getmirdilər:"Şüşələri sındırırdılar. İki-üç həftədir, yola getmirdilər".Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
50
bizim.media

10Mənbələr