AZ

Politoloq Məhəmməd Əsədullazadə: İran ABŞ ni quru əməliyyatlarına cəlb etməyə çalışır ki, qonaqlar a FPV dronları ilə zərbə endirsin

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Volodimir Zelenski Yaxın Şərq liderlərinə İranın FPV dronlarından istifadə təhlükəsini nümayiş etdirib və bunun Rusiyanın təcrübəsi ilə bağlı ola biləcəyini vurğulayıb. Bu dronlar 10–20 kilometr məsafədə "öldürmə zonaları" yarada bilir və yalnız döyüş meydanına məhdudlaşmır. Zelenski qeyd edib ki, əgər İran bu texnologiyanı quru əməliyyatlarında da tətbiq etsə, Ukrayna təcrübəsi onlarla paylaşılmış ola bilər. O, həmçinin İranın münaqişəsinin Rusiyaya strateji üstünlük qazandırdığını bildirib. Regionun təhlükəsizliyi və Qərbdən silah dəstəyi üçün liderlər arasında əməkdaşlığın vacibliyini xüsusi qeyd edib. Əgər FPV dronlarının istifadəsi Yaxın Şərqdə genişlənərsə, bu regionun təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yaxın Şərqdə geosiyasi mübarizə artıq müharibə mərhələsinə keçib və bu, ABŞ-İsrail ittifaqı-İran qarşıdurmasının geniş eskalasiyaya gətirib çıxara biləcəyi bir müstəvidə davam edir: “ABŞ İrana qarşı quru qoşunları yeritməyi planlaşdırır və İran da məqsədli şəkildə çalışır ki, ABŞ bu addımı atsın və İran da FPV dronlarından istifadə edərək Amerika qoşunlarına ciddi zərbə vursun. Göründüyü kimi, tərəflər mübarizədə müasir texnologiyalardan, xüsusilə dronlardan istifadə edərək bir-birinə üstünlük qazanmağa çalışırlar. Prezident Volodimir Zelenski ərəb ölkələrinə və Amerikaya bu mövzuda təkliflər təqdim edib. Çünki “SHAHED” dronları İran istehsalıdır və onlar Ukraynaya kifayət qədər ciddi zərbə vurub. Ukrayna eyni zamanda İrana qarşı həyata keçirilən əməliyyatlarda ərəb ölkələrinə və Amerikaya texnoloji dəstək göstərməyə çalışır. Biz gördük ki, Zelenski ərəb ölkələrinə səfər etdi, danışıqlar apardı, təcrübəsini bölüşdü və yardım göstərməyə çalışdı. İran da bu prosesləri yaxından izləyir”.

Politoloq hesab edir ki, əgər Ukrayna bu dronları ərəb ölkələrinə verərsə, onların istifadəsi Yaxın Şərqdə təhlükəsizliyi ciddi şəkildə təhdid edə bilər, xüsusilə İran tərəfi artıq bu dronlardan aktiv şəkildə istifadə etməyə çalışır: “Hizbullah-İsrail qarşıdurmasında bu dronlardan istifadə olunub və İran onları Hizbullah-a təmin edib. Eyni zamanda, ərəb ölkələri də Ukraynadan bu təcrübəni götürərək və öz texnologiyaları ilə İran dronlarına qarşı tədbirlər görərək müharibəyə qarışa bilər. Bu isə müharibənin daha da qızışmasına və canlı qüvvə itkilərinin artmasına səbəb olacaq. Həm İranın, həm də ABŞ-ın, həm də ərəb ölkələrinin dronlardan istifadəsi nəticəsində ölənlərin sayı daha da arta bilər və eskalasiya genişlənə bilər”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
17
bizimyol.info

10Mənbələr