AZ

Xunta lideri prezident oldu – Myanmanı yenə general Hlayn idarə edəcək

2021-ci il çevrilişindən bəri Myanmanı sərt rejimlə idarə edən 69 yaşlı general Min Aun Hlayn peşəsini dəyişib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkə parlamenti dünən onun prezident seçilməsi ilə bağlı səsvermə keçiib və Hlaynı dövlət başçısı seçib.

Bu transformasiyanı həyata keçirməkdə məqsədin mülki hakimiyyət orqanlarının devrilmiş lider, Nobel Sülh Mükafatı laureatı Aun San Su Çjinin tərəfdarları ilə, eləcə də etnik üsyançılarla razılığa gəlməsini asanlaşdırmaqdır.

Qərb mediası isə yazır ki, xunta sadəcə fasadını yenidən rəngləyir, lakin hərbçlər Myanmada heç bir hökumətin son on ildə nail ola bilmədiyi sabitliyi təmin edə bilmirlər.

General artıq rejim islahatı istiqamətində addım atıb. Ötən bazar ertəsi o, silahlı qüvvələrin komandanı vəzifəsindən istefa verib və prezidentliyə namizədliyini irəli sürüb.

Tənqidçilər bu seçkiləri Min Aun Hlaynın demokratik legitimlik yaratmaq cəhdi kimi görürlər.

Yanvar ayında hərbi xunta tərəfindən təşkil edilən parlament seçkilərində, rəsmi məlumatlara görə, hərbiyönümlü “Birlik, həmrəylik və inkişaf partiyası” qalib gəlib. Generalın adı parlament namizədləri siyahısında yer almayıb. Lakin hər kəs sükan arxasında kimin olduğunu bilirdi.

Üstəlik sabiq prezident Aun San Su Çjinin partiyası buraxılıb və digər müxalifət partiyaları da seçki kampaniyasından çıxıblar.

Müşahidəçilər seçkiləri ölkədə çevrilişçilərin hakimiyyətini legitimləşdirməyə yönəlmiş "saxtakarlıq" adlandırıblar.

Qərb ölkələri və onların BMT-dəki nümayəndələri Myanmada keçirilən seçkiləri saxta sayır, standartlara uyğun hesab etmirlər.

Musavat.com

 

Seçilən
26
3
musavat.com

10Mənbələr