AZ

Siyasi şərhçi Rufiz Hafizoğlu: Körfəz müharibəsi enerji daşıyıcıları üçün koridorlarının şaxələndirilməsi məsələsini gündəmə gətirir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Babülmendeb boğazı Qırmızı dəniz ilə Aden körfəzi arasında yerləşir və beynəlxalq dəniz ticarətində əhəmiyyətli nəqliyyat marşrutudur. Buradan neft tankerləri və digər yük gəmiləri keçərək Suveyş kanalı vasitəsilə Avropaya çatır. Lakin Babülmendeb, Hörmüz boğazının tam alternativi ola bilməz. Çünki əlavə məsafə, yüksək nəqliyyat xərcləri və siyasi risklər bu marşrutu Hörmüz kimi optimal etmir”.

Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Hörmüz boğazı və Babülmendebdən Suveyş kanalı üzrə neft tankerləri hərəkət edirdi, hazırda husilərin Babülmendeb boğazını nəzarət altına alması marşrutun hərəkətini çətinləşdirir: “Burada başqa bir məsələ də önə çıxır. Ümumiyyətlə, alternativlər düşünülür. Bu alternativlərdən biri Hicaz dəmiryolu yoludur. Əslində, Hicaz dəmiryolu hələ yoxdur. Osmanlı dövründə belə bir dəmiryolunun olması gündəmə gəlmişdi. Amma bu da istəkləri tam olaraq yerinə yetirmir.

Digər bir alternativ isə Səudiyyə Ərəbistanını ikiyə böləcək Salman kanalının açılmasıdır. Salman kanalı Səudiyyə Ərəbistanı hökuməti tərəfindən uzun müddətdir düşünülən və enerji marşrutlarının şaxələndirilməsi məqsədilə ortaya atılan layihədir. Məsələ ondadır ki, bu layihənin tətbiqi olduqca bahalıdır və hələ ki rentabelli deyil. Digər tərəfdən, formalaşmış infrastruktur var; bu gəmilərin naviqasiyası, peyklə izlənilməsi və s. Təsəvvür edin ki, Hörmüzdən keçən hər bir yük üzrə artıq sistem qurulub və bütün gəmilər mövcud marşrutlar üzrə hərəkət edir. Yeni marşrutun açılması isə həm sistemin qurulması çətin, həm də zaman alan bir layihədir. Eyni zamanda, Salman kanalı çox bahalı olduğundan, hazırda bu məsələ üzərində sadəcə düşünülür”.

Politoloq qeyd edib ki, Körfəz müharibəsi, daha doğrusu İranın bombalanması çox şeyi göstərir, onlardan biri də enerji daşıyıcılarının koridorlarının şaxələndirilməsinin gündəmə gəlməsidir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
50
icma.az

10Mənbələr