AZ

Finalda Türkiyəyə uduzan Azərbaycan təmsilçisi 2-ci oldu

Türkiyənin Antalya şəhərində keçirilən TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan komandası final görüşündə meydan sahiblərinə 1:3 hesabı ilə uduzub.

Fanat.Az xəbər verir ki, Qırğızıstana 1:2 hesabı ilə uduzan, ardından Şimali Kiprə 3:0 hesabı ilə qalib gələn təmsilçimuz qrup birincisi olaraq həlledici qarşılaşmada iştirak hüququ qazanıb.

Final oyununun 14-cü dəqiqəsində Fatih Şahin, 26-cı dəqiqəsində Oktay Çanak, 60+2 dəqiqədə isə Türkiyənin gənclər və idman naziri Osman Bak fərqləniblər.

Azərbaycanın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub.

Turnirdə birinci yeri Türkiyə, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Qırğıstan parlament komandaları tutub.

Qeyd edək ki, bu turnir ilk dəfə keçirilir. Yarışda 6 komanda mübarizə aparır.

Toğrul

Seçilən
2
fanat.az

1Mənbələr