AZ

SON DƏQİQƏ: İran Hörmüz boğazını qismən açdı

İran Hörmüz boğazını qismən açıb.

NOCOMMENT.az xəbər verir ki, İran hakimiyyəti humanitar və strateji yük daşıyan gəmilərin Hörmüz boğazından keçərək İran limanlarına və ya Oman körfəzində yerləşən lövbər salma məntəqələrinə daxil olmasına icazə verib.

Məlumata görə, keçid yalnız əvvəlcədən razılaşdırılmış siyahı əsasında həyata keçiriləcək. Gəmiçilik şirkətləri əvvəlcədən gəmilərin siyahısını təqdim etməli və müəyyən edilmiş prosedurlara uyğun icazə almalıdırlar.

Bildirilir ki, keçid xüsusi qaydalar və təhlükəsizlik prosedurları əsasında tənzimlənəcək.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft daşımalarının həyata keçirildiyi ən strateji dəniz marşrutlarından biri hesab olunur. Boğazın qismən açılması qlobal ticarət və enerji bazarları üçün mühüm qərar kimi qiymətləndirilir.

Seçilən
32
50
nocomment.az

10Mənbələr