AZ

Azərbaycanda bu evlər risk altındadır: Səbəb bəllidir

Son zamanlar Azərbaycanda müşahidə olunan intensiv yağışlar ciddi fəsadlara yol açaraq bir çox yaşayış massivlərində mövcud problemləri daha qabarıq şəkildə üzə çıxardı. Problemin ən ağrılı tərəfi isə zərərin kim tərəfindən qarşılanması məsələsidir. Hazırda Azərbaycanda daşınmaz əmlakın sığortalanması geniş yayılmayıb. Əksər vətəndaşlar evlərini sığorta etdirmir. Nəticədə, sel və ya su basması zamanı zərər birbaşa ailənin üzərinə düşür. Dövlət qurumları isə yalnız müəyyən hallarda və məhdud imkanlar daxilində yardım göstərə bilir ki, bu da problemin köklü həlli üçün yetərli deyil.

“Xüsusi komissiyanın yaradılmasına ehtiyac var”

Daşınmaz əmlak bazarı üzrə ekspert Nofəl Quliyev intensiv yağışların yaratdığı fəsadların xüsusilə fərdi yaşayış evlərində müşahidə edildiyini bildirir. Onun sözlərinə görə, həmin evlərin əksəriyyəti vaxtilə bataqlıq və ya sututar ərazilərdə torpaq doldurulmaqla inşa edilib. Ekspert qeyd edir ki, bu ərazilərdə ümumi kanalizasiya sistemi mövcud deyil, nəticədə güclü yağıntılar zamanı suyun təbii axını təmin olunmur və evlər birbaşa risk altında qalır. Bu baxımdan o hesab edir ki, yaranmış zərərlə bağlı dövlət tərəfindən müəyyən dəstək mexanizmləri tətbiq olunmalı, vətəndaşlara kompensasiya ödənilməlidir. Onun fikrincə, hətta sığortası olmayan evlər üzrə humanitar və sosial yanaşma əsasında yardım mexanizmləri işə salınmalıdır.

Ekspert vurğulayır ki, Azərbaycanda sığorta mədəniyyətinin zəif olması problemi daha da dərinləşdirir: “Vətəndaşlar adətən yalnız hadisə baş verdikdən sonra sığorta barədə düşünürlər ki, bu da preventiv risk idarəetməsini zəiflədir. Belə halların obyektiv və şəffaf şəkildə qiymətləndirilməsi üçün xüsusi komissiyanın yaradılmasına ehtiyac var. Bu komissiya dəymiş ziyanı yerində qiymətləndirməli və müvafiq qaydada vətəndaşlara kompensasiya ödənilməsini təmin etməlidir”.

800 mindən çox tikili risk altındadır

Seçilən
35
8
publika.az

9Mənbələr