AZ

DTX-də general-leytenantların sayı 3-ə çatdı

Dövlət Təhlükəsizlik Xidmətində general-leytenant ali hərbi rütbəsini daşıyan vəzifəli şəxslərin sayı 3-ə çatıb.
BUTA.TV Gününsəsi.info-ya istinadla xəbər verir ki, DTX əməkdaşlarının peşə bayramı münasibətilə Prezident İlham Əliyev bir qrup əməkdaşlara ali hərbi rütbələr verib. Onlar arasında DTX-nin İstintaq Baş İdarəsinin rəisi ədliyyə general-mayoru Həsən Mansurov da var. Prezident sərəncamı ilə Həsən Mansurov ədliyyə general-leytenantı ali rütbəsinə layiq görülüb. Qeyd edək ki, bu sərəncama qədər DTX-də iki ədliyyə general-leytenantı olub.

Onlar DTX rəisinin müavinləri Ceyhun Şadliniski və Şərafət Həsənovdur.

Seçilən
37
buta.tv

1Mənbələr