AZ

ABŞ itkilərin qarşısını ala bilmir! Daha bir təyyarə vuruldu

ABŞ-İsrail koalisiyası İranla davam edən münaqişədə son 24 saatda ən ağır itkilərindən birini yaşadı.

Turkustan.az xəbər verir ki, iddialara görə, altı ABŞ təyyarəsi hədəfə alınıb, üçü tamamilə məhv edilib.

İtkilər zənciri İran hava məkanında F-15E qırıcı təyyarəsinin vurulması ilə başladı. Bundan sonra, yaxın hava dəstəyi verən A-10 Warthog təyyarəsinin Hörmüz boğazı üzərində vurularaq Küveytdə qəzaya uğradığı iddia edildi.

Bu itkilərdən sonra Küveytdə yerləşən CH-47 Chinook yük və qoşun daşıma helikopteri də İran pilotsuz təyyarəsi tərəfindən vurularaq istifadəyə yararsız hala düşüb.

Eyni dövrdə Küveytə bir F-16 qırıcı təyyarəsinin təcili eniş etdiyi və iki KC-135 yanacaqdoldurma təyyarəsinin təcili yardım siqnalı verdiyi bildirilmişdi. Təyyarənin texniki vəziyyəti ilə bağlı heç bir rəsmi açıqlama verilmədi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
26
43
turkustan.az

10Mənbələr