AZ

23 il sonra ilk dəfə: İran tərəfindən vurulan ABŞ təyyarələrinin sayı 7-yə çatdı

ABŞ-ın iki hərbi təyyarəsinin vurulduğu iddia olunur

ABŞ və İran mediası dünən ABŞ-a məxsus iki hərbi təyyarənin vurulduğunu xəbər verib.

Sitat.info TRThaber-ə istinadən xəbər verir ki, İran ordusu səhər saatlarında ikinci döyüş təyyarəsinin də vurulduğunu açıqlayıb və qəzaya aid görüntülər yayımlayıb. Daha sonra ABŞ mediası F-15 tipli təyyarənin vurulduğunu, pilotlardan birinin xilas olduğunu, digəri üçün isə axtarış-xilasetmə işlərinin davam etdiyini yazıb.

Xəbərlərə görə, eyni vaxtda Hörmüz boğazı yaxınlığında daha bir ABŞ təyyarəsi – A-10 da vurulub. Onun pilotunun təyyarəni Küveyt hava məkanına yönləndirərək paraşütlə xilas olduğu bildirilir.

Məlumatlara əsasən, bu hadisə ABŞ-ın son 23 ildə döyüş şəraitində verdiyi ilk təyyarə itkisidir. Bununla da ABŞ-ın İranla bağlı əməliyyatlar zamanı itirdiyi təyyarələrin sayı 7-yə çatıb.

Aytac,

Sitat.info

 

 

Seçilən
45
50
sitat.info

10Mənbələr