AZ

Mançini İtaliya millisinə qayıda bilər

Roberto Mançini yenidən İtaliya milli komandasına rəhbərlik etməyə hazırdır.

Msport.az xəbər verir ki, hazırda “Əl-Sədd” (Səudiyyə Ərəbistanı) klubunda çalışan italiyalı mütəxəssis 2023-cü ildən bu komandaya rəhbərlik edir.

Klub rəhbərliyi ona illik 25 milyon funt sterlinq məvacib təklif edib və bildirilir ki, müqavilənin pozulması problem yaratmayacaq.

Mançini  2018–2023-cü illərdə İtaliya millisinin baş məşqçisi olub. İtaliya yığmasının baş məşqçi postuna digər namizədlər arasında Massimiliano Alleqri və Antonio Konte də var.

Qeyd edək ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovina milli komandasına uduzduqdan (1:1, penaltilər – 1:4) sonra baş məşqçi Cennaro Qattuzo vəzifəsindən uzaqlaşdırılıb.

Seçilən
0
2
msport.az

5Mənbələr