Bu gün İran Məhkəmə-Ədliyyə Sistemi Əbülhəsən Montəzer və Vəhid Bəni-Ameryanın edam edildiyini açıqlayıb. Məlumata görə, onlar Xalq Mücahidləri Təşkilatının rəhbərlik etdikləri fəaliyyətlərdə iştirak etdikləri üçün "üsyan"da günahlandırılıblar. Məlumata görə, 30 mart axşamı mühafizəçilər və təhlükəsizlik qüvvələri Kərəcdəki Qızılhisar Həbsxanasının 4-cü bölməsinə basqın edərək, Montəzer və Bəni-Amiryanın təxminən 20 məhbusla birlikdə dəyənək və fiziki zorakılıqdan istifadə edərək kameralarından çıxarılıblar. Onlar naməlum yerə köçürülüblər. Xatırladaq ki, daha öncə Beynəlxalq Əfv Təşkilatı adları çəkilən məhbusların ölüm hökmü təhlükəsi altında olmaları ilə bağlı xəbərdarlıq etmişdi. İradə SARIYEVA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta