AZ

Bu ölkədə şiddətli zəlzələ: ölənlər var

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Əfqanıstanda 5.9 bal gücündə zəlzələ baş verib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yeraltı təkanlar Əfqanıstanın şimal-şərqindəki Hinduquş bölgəsində qeydə alınıb.

Episentrin Bədəxşan əyalətinin Curm rayonunda olduğu bildirilir.

Zəlzələ paytaxt Kabil də daxil olmaqla ölkənin geniş ərazisində hiss olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələnin gücündən paytaxt Kabildə bir evin uçması nəticəsində səkkiz nəfər ölüb.

Bölgədə zərərin qiymətləndirilməsi və axtarış-xilasetmə əməliyyatları davam edir.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
olke.az

1Mənbələr