AZ

23 illik buzlar əriyir Deniz Seki və Bayhan Gürhan “Survivor”da üz üzə gəlir

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

NTV xəbər verir ki, “Survivor 2026” proqramında uzun illərdən sonra gözlənilməz bir görüş baş tutacaq. Sherg.az xəbər verir ki, 2003-cü ildə “Popstar” yarışmasında qalmaqallı mübahisə ilə gündəmə gələn Deniz Seki və Bayhan Gürhan 23 il sonra yenidən bir araya gəlir.

Bayhan hazırda “Survivor”un məşhurlar komandasındadır və həm performansı, həm də açıqlamaları ilə diqqət çəkir. Qarşıdan gələn birləşmə partiyasında iki sənətçinin üz-üzə gələcəyi bildirilir.

Xatırladaq ki, 2003-cü ildə jüri üzvü olan Deniz Seki, Bayhan barədə “Həbsə düşən adamdan sənətçi olmaz” kimi sərt ifadələr işlətmiş və daha sonra yarışmadan ayrılmışdı. Lakin illər sonra Seki özü də hüquqi problemlər yaşayıb və həbs olunub.

Bayhan isə keçmişdə baş verənlərin arxada qaldığını və heç kimə qarşı küskün olmadığını bildirib. O, Deniz Seki ilə yenidən görüşünü səbirsizliklə gözlədiyini, “bir şeylərin yarım qaldığını” vurğulayıb.

Birlişmə partiyasından yayılan kadrlar isə maraq doğurub: Bayhanın Deniz Sekini gül dəstəsi ilə qarşılaması, onların qucaqlaşması və Sekinin “Ağlayacam indi” sözləri diqqət çəkib.

Həmçinin Bayhanın “Sonradan öyrəndiyim bəzi şeylər var, sən də yanlış yönləndirilmiş ola bilərsən” sözləri də böyük maraq yaradıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
sherg.az

1Mənbələr