Ukrayna ordusu aprelin 4-nə keçən gecə Rusiya Tolyatti şəhərində yerləşən iki kimya zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib. Nəticədə müəssisələrdə yanğın başlayıb. Bu barədə RBK-Ukrayna məlumat yayıb.
Rusiya monitorinq kanalları Tolyatti şəhərində hava həyəcanı fonunda partlayışların baş verdiyini bildirir.
Məlumata görə, Ukrayna dronları Tolyattikauçuk və KuybyshevAzot zavodlarını hədəfə alıb.
Hücumu təsdiqləyən Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev zərbə nəticəsində bir nəfərin yaralandığını, həmçinin PUA-nın çoxmənzilli yaşayış binasına da zərbə endirdiyini bildirib.
TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişində Ədalət Partiyasının sədri Mütəllim Rəhimli ilə gündəmi müzakirə edirik.