AZ

Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar

Tibbdə elə vəziyyətlər olur ki, bir neçə saat gecikmə, bəzən isə dəqiqələr ərzində gec verilən qərar ölümcül ola bilir.

Publika.az xəbər verir ki, bunu "Doktor" telekanalının eksperti, tanınmış həkim Vladlena Berezovskaya "Gazeta"ya müsahibəsində deyib. O, çoxumuzun əhəmiyyət vermədiyi bəzi incə detalları və simptomları açıqlayıb və həmin hallarda təcili yardım xidmətlərinə dərhal zəng edilməsinin tələb olunduğunu deyib.

İlk belə simptom el dilində beyinin dumanlı olması adlandırılan və orqanizmdə yaranan yalançı zəiflikdir. İnsultun baş verməsi tez-tez iflic olma və ya huşun itirilməsi ilə əlaqələndirilir. Lakin bu prosesin başlanğıcı daha təhlükəli ola bilər. Bütün bədəndə və ya yalnız bir qolda, yaxud da ayaqda olan qəfil, şiddətli zəiflik təcili yardım çağırmaq üçün ciddi bir səbəbdir.

Berezovskaya deyib: "İnsanlar tez-tez qeyri-sabitliyi, koordinasiyanın itirilməsi, beyində duman hissi və ya tanış sözləri tələffüz etməkdə çətinlik çəkmək kimi simptomlara az nəzər yetirirlər. Bunlar beyin hüceyrələrində oksigen çatışmazlığı olan zaman baş verən beyin hipoksiyasının əlamətləridir. Dözülməz ağrı olmasa belə, üz asimmetriyası (məsələn natamam təbəssüm-red.) və ya üzdə uyuşma inkişaf edərsə, deməli saat sizin əleyhinizə işləyir."

Bəzən insan sadəcə olaraq belə vəziyyətlərdə başına nə gəldiyini anlaya bilmir. Onun yaddaşı qəfildən itə və nitqi qarışıq anlaşılmaz ola bilər. Bu, uzanıb dincəlmək üçün bir səbəb deyil, dərhal xəstəxanaya yerləşdirmə üçün ciddi bir səbəbdir.

Seçilən
87
publika.az

1Mənbələr