AZ

Mediya: Müctəba Xameneyi barədə məlumatlar həqiqəti əks etdirmir

İranın yeni ali rəhbəri Müctəba Xameneyinin Rusiyaya guya etdiyi səfər barədə məlumatlar yalan çıxıb, onun yaralanması isə vəzifələrinin icrasına mane olmur.

Ölkə.Az-ın məlumatına görə, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Xameneyi Rusiyada "hətta bir neçə saat belə" olmayıb. Daha əvvəl Küveytin "Al-Jarida" qəzeti iddia etmişdi ki, İran lideri yaralandıqdan sonra müalicə üçün təcili olaraq Moskvaya aparılıb. İranın Rusiyadakı səfiri Kazem Cəlali də Xameneyinin Rusiyada olması barədə xəbərləri təkzib edib.

Xatırladaq ki, martın 12-də "The Sun" qəzeti Xameneyinin hava zərbəsi nəticəsində ağır yaralandığını, o cümlədən bir və ya hər iki ayağını itirə biləcəyini və komada olduğunu bildirmişdi, lakin bu məlumatlar rəsmi təsdiqini tapmayıb.

Seçilən
78
1
olke.az

2Mənbələr