AZ

İndoneziya sahillərində yenidən zəlzələ baş verib

Oxu.az saytına istinadən ain.az xəbər verir.

İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri təxminən 451 000 nəfərin yaşadığı Manado şəhərindən (Şimali Sulavesi əyaləti) 142 kilometr şərqdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib. Heç bir itki və ya dağıntı barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.

Xatırladaq ki, aprelin 2-də İndoneziyada 7.4 maqnitudalı zəlzələ baş vermişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
50
oxu.az

10Mənbələr