AZ

Anasının sözlərindən sonra səhifəsini bağladı

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elnarə Abdullayevanın qızı Xədicə instaqramda blogerlik edirdi. 

Axşam.az-ın məlumatına görə, Xədicənin "Həyat mənim obyektivimdə" başlıqlı səhifəsində 10 mindən çox izləyici var idi. O, artıq səhifəsini bağlayıb. 

Qeyd edək ki, E.Abdullayeva qızının blogerlik etməsi haqda suala "Onun nə blogerliyi, nə də müğənniliyi lazımdır. Oturub evinin xanımı olsun" sözlərini deyib. İfaçının bir neçə gün əvvəl "Qonaqcanlı"da dediyi "Qadın niyə vatsap statusuna foto qoyur ki?" deməsi və bu cür qadınları tənqid etməsi gündəm olub. 

Xatırladaq ki, Xədicə bir neçə il əvvəl Cavid adlı bəylə ailə qurub. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
2
axsam.az

3Mənbələr