AZ

İranda daha iki siyasi məhbus edam edildi

İranda iki siyasi məhbus — Abolhassan Montazer və Vahid Bani-Amerian barəsində çıxarılan ölüm hökmləri icra olunub. Bu barədə ölkənin məhkəmə hakimiyyətinə istinadən dövlət televiziyası məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, edam qərarları Ali Məhkəmə tərəfindən təsdiqlənib. Hər iki şəxs 2024-cü ilin dekabrında digər dörd nəfərlə birlikdə mühacirətdə olan “Xalqın Mücahidləri” (MEK) təşkilatı ilə əlaqəli olmaqda və “silahlı üsyan”da ittiham edilərək ölümə məhkum olunmuşdular. İnsan haqları təşkilatları isə müttəhimlərin etirafedici ifadələr almaq üçün ağır işgəncələrə məruz qaldığını bildirərək bu edamları pisləyib. Qeyd edək ki, sözügedən iş üzrə digər dörd nəfərin edamı da bir neçə gün əvvəl həyata keçirilmişdi.

Sara,
NOCOMMENT.az

Seçilən
55
nocomment.az

1Mənbələr