AZ

Balıq kimi görünən bu çantanın qiyməti hər kəsi şoka saldı - FOTOLAR

Moda dünyasında marağa səbəb olan növbəti hadisə qeyri-adi forması ilə seçilən aksessuar olub.

"Yeni Sabah" xəbər verir ki, "Kisa Embroidery" brendi bu dəfə durnabalığını xatırladan, tamamilə muncuq işləməli mini çanta ilə maraq doğurub. İlk baxışdan dekorativ sənət nümunəsini xatırladan aksesuar, əslində, brendin satışa çıxardığı ən fərqli modellərdən biridir. Rəsmi mağazada bu xətt üzrə balıq motivli modellərin müxtəlif versiyaları yer alır; pike motivli mini model 420 dollar qiymətlə göstərilir, ayrıca 40 və 55 sm ölçü seçimi olan fish/pike seriyası da təqdim olunur.

Brendin kolleksiyası yalnız bu bir çanta ilə məhdudlaşmır. Saytda tuna balığı, qaz, qu quşu, güzgülü sazan, at fiqurlu mini çantalar, eləcə də “Marie-Antoinette”, “Monroe” kimi obrazlı modellər yer alır. 

Brendin rəsmi səhifələrində yeni balıq formalı modellərin ayrıca tanıdılması da bu dizaynların sosial şəbəkələrdə diqqət çəkməsinə səbəb olub. Çantaların əsas fərqi isə klassik dəb anlayışından uzaqlaşaraq aksessuarı bir növ vizual obraz və əl işi sənət nümunəsinə çevirməsindədir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
75
2
yenisabah.az

2Mənbələr