AZ

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 451 min nəfərin yaşadığı Manado şəhərindən (Şimali Sulavesi əyaləti) 142 km şərqdə, ocağı isə 49 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
7
6
ikisahil.az

9Mənbələr