AZ

“Kimsə pilotlarımızı tapa bilər?” ABŞ ni lağa qoydu

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaxın Şərqdə müharibə davam edərkən, ABŞ ordusu ilk dəfə olaraq aktiv xidmətdə olan iki hərbi təyyarəsini itirib. ABŞ Prezidenti Donald Tramp hadisənin İranla mümkün danışıqlara təsir etməyəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatları fonunda baş verən hadisələrlə bağlı İran İnqilab Keşikçiləri açıqlama yayaraq, Amerika istehsalı olan “F-35 Lightning II” qırıcı təyyarəsinin İranın mərkəzi səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib.

Amerikalı rəsmi isə vurulan təyyarənin “F-15E Strike Eagle” olduğunu təsdiqləyib. ABŞ mediası iki pilotdan birinin xilas edildiyini bildirib. Təyyarənin Böyük Britaniyada yerləşən “Lakenheath” Hava Bazasına aid olduğu qeyd edilir.

ABŞ mətbuatının məlumatına görə, Fars körfəzi bölgəsində ikinci hərbi təyyarə də vurulub.

“The New York Times” iki rəsmi mənbəyə istinadən bunun A-10 Thunderbolt II olduğunu yazıb. Bu hadisədə pilotun xilas edildiyi bildirilib.

Bundan əlavə, “NBC News”un məlumatına görə, axtarış-xilasetmə əməliyyatlarında iştirak edən iki “UH-60 Black Hawk” helikopteri də İran hava məkanında vurulub. Helikopterlərin “F-15E” pilotlarını tapmaq üçün əməliyyatda iştirak etdiyi qeyd olunur. Məlumata əsasən, ekipaj üzvləri xəsarət almayıb.

Prezident Donald Tramp NBC-yə telefonla açıqlamasında hadisə ilə bağlı geniş şərh verməkdən imtina edib. O, əməliyyatları “gərgin və həssas hərbi proses” adlandırıb.

Tramp vurulan təyyarələrin İranla danışıqlara təsiri barədə suala belə cavab verib:

“Xeyr, bu, heç təsir etməyəcək. Bu, müharibədir. Biz müharibədəyik”.

O, həmçinin itkin düşmüş pilotla bağlı suala konkret cavab verməyib:

“Ümid edirik ki, bu baş verməyəcək”.

“Axios” platformasının məlumatına görə, İsrail axtarış-xilasetmə əməliyyatlarına mane olmamaq üçün planlaşdırılan bəzi hücumları müvəqqəti dayandırıb.

İran parlamentinin sədri Məhəmmədd Baqer Qalibaf ABŞ-nin vəziyyətini tənqid edərək, Vaşinqtonun strategiyasını lağa qoyub.

O bildirib ki, ABŞ-nin ritorikası “rejim dəyişikliyi”ndən “pilotlarımızı tapa bilərikmi?” səviyyəsinə enib:

“İranı ardıcıl 37 dəfə məğlub etdikdən sonra başlatdıqları bu parlaq strategiyasız müharibə indi “rejim dəyişikliyi”ndən “Hey! Kimsə pilotlarımızı tapa bilər? Xahiş edirəm?” olaraq dəyişdirilib.

Vau. Nə inanılmaz irəliləyiş. Şübhəsiz, dahidirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
36
qafqazinfo.az

10Mənbələr