“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə premyer-liqasında martın ən yaxşı məşqçisi sayılıb. Onun komandası martda keçirdiyi hər üç oyunda qələbə qazanıb: “Çelsi” – 2:1, “Brayton” – 1:0, “Everton” – 2:0.
Arteta ilə yanaşı, Eddi Hau (Nyukasl), Devid Moyes (Everton), Rejis Le Bris (Sanderlend) və Fabian Hürtseler (Brayton) də mükafata iddialı idi.
Premyer-liqada 31 turdan sonra “Arsenal” 70 xalla turnir cədvəlinə başçılıq edir. “Topçular” aprelin 11-də “Bornmut”u qəbul edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta