AZ

Qarabağ Sabah matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" – "Sabah" qarşılaşması (2:2) tarixi rekordla əlamətdar olub.AZXEBER.COM Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüşü 21 min tamaşaçı izləyib.Bu göstərici PFL-in bayrağı altında keçirilən turnirlər üçün təkcə 2025/2026 mövsümünün deyil, son 10 mövsümün mütləq rekordudur. Belə ki, bundan daha çox tamaşaçı sayı sonuncu dəfə 2015/2016 mövsümündə, "Qarabağ" və "Neftçi" arasındakı kubokun finalında 23 min izləyici ilə qeydə alınmışdı. Həmin görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.Bu matç PFL-in 2008-ci ildən bəri təşkil etdiyi turnirlər tarixində ümumi siyahıda 5-ci pilləyə yüksəlib. Lakin yuxarı pillələrdə yer alan digər 4 oyunun hamısı kubokun final görüşləri olub. Bu isə o deməkdir ki, "Qarabağ" – "Sabah" oyunu hər hansı bir komandanın birbaşa ev sahibliyi etdiyi matçlar arasında Premyer Liqada ən çox tamaşaçı toplayan görüş kimi tarixə düşüb. Bundan əvvəlki rekord 2016-cı il fevralın 14-də Gəncədə keçirilən və "Qarabağ"ın 1:2 hesablı qələbəsi ilə bitən "Kəpəz" – "Qarabağ" oyununa məxsus idi - 20 min 400 tamaşaçı.Ümumilikdə isə bir komandanın ev oyununa daha çox seyrçi toplaması faktına sonuncu dəfə 19 mövsüm əvvəl - 2006/2007 mövsümündəki "Neftçi" – "Xəzər Lənkəran" görüşündə rast gəlinib ki, həmin vaxt 25 min nəfər qeydə alınmışdı.Xatırladaq ki, bu qarşılaşmayadək cari mövsümün rekordu yenə eyni komandaların martın 1-də keçirilən 3:3 hesablı çempionat matçına məxsus idi. Həmin vaxt stadionda 10 min 361 seyrçi var idi. Beləliklə, bugünkü oyunla mövsümün rekordu iki dəfədən çox yenilənib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
10
azxeber.com

10Mənbələr