AZ

“Liverpul” ciddi itki ilə üzləşdi

“Liverpul” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, komandanın əsas qapıçısı Alisson Beker zədələnib. Bu barədə baş məşqçi Arne Slot açıqlama verib.

O bildirib ki, braziliyalı qolkiper PSJ-yə qarşı keçiriləcək oyunlarda iştirak etməyəcək və bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Slot, Alissonun mövsümün sonuna doğru yenidən formaya düşəcəyini qeyd edib.

Qeyd edək ki, Alisson Beker cari mövsümdə “Liverpul”un heyətində 34 rəsmi oyunda meydana çıxıb.

Seçilən
43
idmanxeber.az

1Mənbələr