İrana məxsus ərazidə vurulduğu iddia edilən ABŞ qırıcısı ilə bağlı yeni detal ortaya çıxıb.
Musavat.com xəbər verir ki, İran tərəfi F-15E tipli hərbi təyyarədən katapult edən pilotlardan birinə aid oturacağın tapıldığını açıqlayıb. Lakin pilotun özü hələ də aşkar edilməyib.
Məlumata görə, tapılan avadanlıq F-15E “Strike Eagle” qırıcılarında istifadə olunan ACES II tipli katapult oturacağıdır. Bu sistem fövqəladə vəziyyətlərdə pilotun təyyarədən təhlükəsiz şəkildə ayrılması üçün nəzərdə tutulur.
Hazırda pilotun taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Musavat.com