AZ

Mikel Arteta martın ən yaxşısı seçilib

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının mart ayı üzrə ən yaxşı mütəxəssisi seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Mart ayında “Arsenal” Premyer Liqada keçirdiyi bütün üç oyunu qələbə ilə başa vurub. “Kanonirlər” evdə “Çelsi”ni 2:1, “Everton”u 2:0 hesabı ilə məğlub edib, səfərdə isə “Brayton”a 1:0 qalib gəlib.

31-ci turdan sonra “Arsenal” Premyer Liqa cədvəlində lider mövqedədir və 70 xal toplayıb. “Mançester Siti” ilə fərq doqquz xaldır, lakin “şəhərlilər”in bir oyunu hələ geridədir.

Aprelin 4-də Artetanın yetirmələri İngiltərə Kubokunun çeyrek finalında səfərdə “Sauthempton”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
46
90deqiqe.az

1Mənbələr