AZ

“Bu hesab cavab oyunu üçün intriqanın qaldığını göstərir” Valdas Dambrauskas

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah” səfərdə “Qarabağ”la heç-heçə etdi. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Valdas Dambrauskas media önünə çıxıb.- Hər iki komandanı gözəl oyun münasibəti ilə təbrik edirəm. Azarkeşləri təbrik edirəm. Bu iki komanda sübut etdi ki, azarkeşlər oyundan həzz ala bilər. Fasilədən sonra oynamaq asan deyil. İkinci hissədə çox təzyiq etdilər. Amma qoldan sonra reaksiyamız möhtəşəm idi. İkinci hissənin ikinci yarısında üstün biz idik. Bu hesab cavab oyunu üçün intriqanın qaldığını göstərir. Çempionata köklənməliyik. - “Sabah”ın hesabda önə keçməsinin səbəbi bəxt idi?- İlk yarıda hesabda önə çıxsaq da, qoruya bilmədik. Rəqib çox yaxşı oynadı. İstədiyimiz kimi başlaya bilmədik. Bəsit toplar itirdik. Təşəbbüsü rəqibə vermişdik. Dəyişikliklərdən sonra hissənin sonlarında istədiklərimizi tətbiq edə bildik. Simiçin də qol şansı oldu. Oyun ritmimizi itirmişik, amma oynayıb bunu qazanacağıq. - Rəhman Daşdəmirov Noqeyranı layiqincə əvəz edə bildi? Əsas heyətdə oynamağa layiqdi?- O bizim üçün çox önəmlidi. Universaldı. Rəhmanın oyunundan məmnun qaldım.- Bu cütün qalibinin kubokun qalibi olacağı deyilir. Razısız?- Mənim üçün önəmli olan növbəti oyunlardı. - Qəbul etmək lazımdı ki, komandanın sütunlarından biri Puxaçdı. Onun transfer edilməsi üçün rəhbərliklə söhbətiniz olub? O olmasa, avrokuboklarda “Sabah” ciddi problem yaşaya bilər.- Bütün futbolçularımız önəmlidi. İdman direktorumuz bu barədə düşünür. Rəsmi nəsə olsa, bildirəcəyik. Hazırda Avropa haqda düşünmürəm. - Kaşuku transfer etmək istədiyiniz deyilir…- “Sabah” xüsusi klubdu. Çox yaxşı planlama, idarəetməmiz var. Namizədlərlə skautlar məşğul olur. Aprelin əvvəlində bu barədə narahat deyiləm. Skaut sistemi həmişə uyğun futbolçular axtarır. Kaşuk haqda yazılanlar şayiədi. MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
50
icma.az

10Mənbələr