AZ

Trampın müharibə ilə bağlı mövqeləri üst üstə düşmür Ekspert

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin son mərhələdə olduğunu bildirib.

O qeyd edib ki, ABŞ hərbçiləri qarşıya qoyulan vəzifələri demək olar ki, yerinə yetirib və məqsədə yaxınlaşıblar. Tramp İranın hərbi potensialına ciddi zərbə vurulduğunu da vurğulayıb.Politoloq Aydın Tağıyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Trampın bütün mövqeləri bir-biri ilə üst-üstə düşmür:"Müharibə başladığı  ilk gündən indiyə qədər Trampın bütün mövqeləri bir-biri ilə ziddiyyət təşkil edir. Demək olar ki, müharibənin hər gününə uyğun olaraq bir bəyanatla çıxış edir. Hörmüz boğazı çox strateji əhəmiyyətə malikdir. Bu, dünya enerji bazarının əsas tranzit nöqtəsini təşkil edir. Elə müharibə də bunun üzərində baş verir”.O bildirib ki, müharibənin tez zamanda bitməsi gözlənilmir:"Münaqişənin bitməsi və burada sabitliyin bərpa olunması qlobal enerji təhlükəsizliyi üçün vacibdir. Lakin müharibənin tez bir zamanda bitməsini ehtimal etmək çox çətindir. Çünki İranın özünü müdafiə qabiliyyəti zəifləsə də, siyasi müqavimət davam edir. Enerji bazarlarında diplomatik gərginliyin qalması hələ ki, davam edəcək. Belə tezliklə bu müharibə bitə bilməz”.Ekspert qeyd edib ki, Hörmüz boğazıyla bağlı məsələlər də müəmmalıdır:"Tramp açıqlamalarında  münaqişənin son mərhələyə yaxınlaşdığını göstərsə də, bu müharibənin tam həlli üsulu demək deyil. Müharibənin nəticəsi qeyri-müəyyən olaraq qalır. Hörmüz boğazındakı vəziyyətin sabitləşməsi qlobal maraqlar üçün də müsbət nəticə ola bilər. Lakin yaxın həftələrdə baş verəcək hadisələr bunu göstərə bilər”.Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
azxeber.com

1Mənbələr