AZ

"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi olub

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.

"Far.Az"un məlumatına görə, final oyununda "Zirə" "Birbaşa Bakı" ilə üz-üzə gəlib.

Bakı Tennis Akademiyasındakı qarşılaşmada "Zirə" 4:1 hesablı qələbəyə sevinib.

Daha əvvəl "Aznur" üçüncü yer uğrunda görüşdə "Sumqayıt"ı üstələyib - 6:4.

Beləliklə, "Zirə" qızıl, "Birbaşa Bakı" gümüş, "Aznur" bürünc mükafata sahib çıxıb.

Seçilən
24
2
far.az

7Mənbələr