AZ

“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ” - “Sabah” matçında (2:2) maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, görüşün 85-ci dəqiqəsində hər iki komandanın müdafiəçiləri - Elvin Cəfərquliyev və Akim Zedadka arasında gərginlik yaşanıb. Onlar oyun epizodundan sonra mübahisə etməyə başlayıblar.

Hadisə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun önündə baş verdiyindən o, dərhal müdaxilə edib. Təcrübəli mütəxəssis onları dərhal sakitləşdirib və barışdırıb.

Seçilən
14
publika.az

1Mənbələr