AZ

Trampın qovduğu Bondinin şəkli zibil qutusunda - FOTO

İstefa verən ABŞ baş prokuroru Pam Bondinin portreti zibil qutusunda tapılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Amerikanın MS NOW televiziya kanalı məlumat verib.

Xəbərdə deyilir: "Prezident Donald Trampın Pam Bondini baş prokuror vəzifəsindən azad etdiyi məlum olduqdan bir neçə saat sonra, Ədliyyə Nazirliyinin ofislərinin divarlarında Prezident və Vitse-prezidentin portretlərinin yanında şərəf yerindən təntənəsiz şəkildə yığışdırılmış şəkilləri internetdə yayılmağa başlayıb".

Televiziya kanalı həmçinin zibil qutusundakı portretin fotosunu da dərc edib.

Ədliyyə Nazirliyinin hazırkı və keçmiş rəsmilərinin sözlərinə görə, bu, Bondinin karyera rəsmiləri və agentləri arasında nə qədər populyar olmadığını əks etdirir. Belə ki, minlərlə insan onun əmrlərini yerinə yetirmək əvəzinə, nazirliyi tərk edib.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr