Hurriyyet portalından alınan məlumata görə, ain.az xəbər verir.
NASA astronavtları Ayın ətrafında uçuş zamanı "Orion" kosmik gəmisinin göyərtəsindən 54 ildən sonra ilk dəfə Yer kürəsinin tam formasını əks etdirən fotoşəkil çəkiblər.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Biz gözəl mavi və qəhvəyi çalarlarla işıqlandırılmış doğma planetimizi bütövlükdə görürük... Bu, astronavtlarımızın Aya səyahətini birlikdə izlədiyimiz anlardan biridir", - deyə NASA-nın məlumatında qeyd olunur.
Şəkil planeti bir kadrda tam şəkildə görməyə imkan verir. Təsvirdə Yer kürəsinin yuxarı hissəsində şimal işıqları da aydın seçilir.
Qeyd edək ki, bundan əvvəl belə bir görüntü 1972-ci ildə "Apollon-17" missiyası zamanı əldə edilmişdi. Daha sonrakı dövrdə isə Yerin görüntüləri əsasən aşağı Yer orbitindən çəkilmiş çoxsaylı fotoşəkillərin birləşdirilməsi ilə hazırlanırdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.