AZ

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qahirə, 3 aprel, AZƏRTAC

Tailand bayrağı altında üzən və martın 11-də İran tərəfindən atılan mərmilər nəticəsində zədələnən yük gəmisində insan cəsədinin qalıqları tapılıb. Qalıqların kimə məxsus olduğu hələ müəyyən edilməyib.

AZƏRTAC “əl-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, İran adalarından birində saya oturan “Mayuri Naree” adlı gəmidə itkin düşmüş üç gəmiçinin tapılması üçün axtarış-xilasetmə qrupları cəlb edilib.

Qeyd edək ki, Hörmüz boğazından keçən zaman baş verən hücumdan sonra gəmidə olan digər 20 ekipaj üzvü təxliyə edilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
4
azertag.az

6Mənbələr