AZ

DTX rəisi: Gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunur

Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq edib. Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərib.

AzVision.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü münasibətilə keçirilən tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev deyib.

DTX-nin rəisi vurğulayıb ki, ötən il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşayıb. “Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır”, - deyə Xidmət rəisi əlavə edib.

AzVision.az

Seçilən
27
23
azvision.az

10Mənbələr