AZ

Nefçilər xəstəxanasında həkim qəbuluna düşməkdə PROBLEMVİDEO

Səhər tezdən gələrək saatlarla həkim qəbuluna düşmək üçün növbədə gözləyirlər... Bu insanlar arasında ahıllarda var, vəziyyəti ağır olanlar da...

Kadrları bu gün səhər saatlarında mərkəzi nefçilər xəstəxanasında növbədə gözləyən xəstələrdən biri “Xəzər Xəbər”in votsap qaynar xəttinə göndərib. Şəhər sakini Ülviyyyə Rəsulova bildirir ki, səhər erkən saatlardan xəstəxanaya gələrək həkim qəbuluna düşmək istəsə də, buna nail ola bilmir.

Şikayatçi bildirir ki, xəstəxanada ən böyük problem növbədə saatlarla gözləməkdir.

Bənzər problemi yaşayan digər şəxslər də xəstəxanadakı növbənin sistemsizliyindən şikayətçidirlər.

Məsələ ilə bağlı Mərkəzi Nefçilər xəstəxanasından bildirildi ki, müraciətlər müəyyən gün və saatlarda daha sıx olur. Vətəndaşların əksəriyyəti eyni günlərdə və pik saatlarda tibbi xidmətə müraciət etməyə üstünlük verirlər. Bu da bəzi günlərdə sıxlığın artmasına səbəb olur.

Xəstəxanadan oda qeyd olundu ki, elektron növbə sistemi müraciətlərin daha effektiv tənzimlənməsinə, növbələrin azaldılmasına və gözləmə müddətinin optimallaşdırılmasına xidmət edir. Hazırda sıxlığın müşahidə olunduğu günlər üzrə axının balanslaşdırılması və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində əlavə təşkilati tədbirlər həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
51
5
xezerxeber.az

6Mənbələr