AZ

İnsanda bu səbəbdən demensiya və ürək xəstəlikləri meydana gələ bilər

Bakı. Trend:

Stomatoloji xidmətlərdən yararlanmaq üçün maddi imkanın olmamasıürək-damar xəstəlikləri və demensiya riskinin artması ilə əlaqəliola bilər. Bu qənaətə Boston Universitetinin tədqiqatçılarıgəliblər.

Trend xəbər verirki, onların elmi işinin nəticələri “The Journals of Gerontology:Series A” jurnalında dərc olunub.

Alimlər 55 yaşdan yuxarı 80 mindən çox insanın məlumatlarınıtəhlil edərək müəyyən ediblər ki, maliyyə çətinlikləri səbəbindənstomatoloqa müraciəti təxirə salan şəxslər daha çox infarkt, ürəkçatışmazlığı, insult və demensiya halları ilə üzləşirlər. Söhbətyalnız dişlərin vəziyyətindən getmir, həm də müalicəyə çıxışdangedir: zəruri prosedurların buraxılması bütün orqanizm üçünuzunmüddətli nəticələrə səbəb ola bilər.

Müəlliflərin qiymətləndirməsinə görə, stomatoloji xidmətlərəmaliyyə maneələrinin aradan qaldırılması populyasiya səviyyəsindəbu xəstəliklərin 2–4 faizədək hallarının qarşısını ala bilərdi.Bununla belə, əlaqənin bir hissəsi sosial və davranış faktorlarıilə izah olunur, lakin onlar nəzərə alındıqdan sonra belə riskyüksək olaraq qalır.

Tədqiqatçılar qeyd edirlər ki, ağız boşluğunun sağlamlığıorqanizmin ümumi vəziyyəti ilə sıx bağlıdır və stomatoloqa müntəzəmmüraciətlər profilaktik rol oynaya bilər. Onların fikrincə,stomatoloji xidmətlərin əlçatanlığının artırılması və onların ümumisəhiyyə sisteminə inteqrasiyası xroniki xəstəliklərin riskininazaldılması yollarından biri ola bilər.

Məqalədə:
Seçilən
52
1
az.trend.az

2Mənbələr