Hazırda Azərbaycan Kubokunun yarımfinal mərhələsində əsas qarşılaşması start götürüb.
Azreform.info xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”la qarşılaşır.
Komandalar stadiona autizm spektrlı uşaqlarla çıxıblar. Start fitindən sonra paltardəyişmə otağına geri qayıdan uşaqlardan biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yanına gedib və onunla görüşüb.
Qeyd edək ki, dünən, yəni, 2 Aprel-Dünya Autizm Məlumatlandırma günü qeyd edilib.(qafqazinfo)