AZ

Maşının nömrəsi itdikdə nə etməli? İzah

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları (avtomobil nömrələri) hər bir avtomobilin rəsmi identifikasiya vasitəsidir və onların itirilməsi və ya yararsız hala düşməsi sürücülər üçün müəyyən hüquqi və inzibati problemlər yarada bilər. Belə hallarda sürücülər vaxtında və düzgün addımlar atmadıqda cərimə riski ilə yanaşı, avtomobildən istifadə imkanları da məhdudlaşa bilər. Buna görə də nömrə nişanının itməsi və ya zədələnməsi zamanı tətbiq olunmalı prosedurların bilinməsi olduqca vacibdir.Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, əgər avtomobilin dövlət qeydiyyat nişanı itirilərsə və ya zədələnərsə, bu hallara fərqli qaydada yanaşılır:“Nömrə zədələndiyi halda, müvafiq dövlət rüsumları ödənilməklə yeni nömrə Dövlət Yol Polisi tərəfindən təqdim olunur. Lakin nömrə itirildikdə, bu zaman avtomobilə mütləq yeni dövlət qeydiyyat nişanı verilməlidir. Bunun üçün avtomobil sahibi itki ilə bağlı polis orqanından arayış təqdim etməlidir. Bundan sonra müvafiq dövlət rüsumları ödənilir və yeni nömrə əldə olunur. Əgər vətəndaşdan nömrənin verilməsi zamanı qanunvericilikdə nəzərdə tutulmayan əlavə ödənişlər tələb olunarsa, o zaman bu barədə şikayət etmək hüququ vardır. Bu halda vətəndaş Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, həmçinin daha yuxarı daxili işlər orqanlarına müraciət edərək öz şikayətini bildirə bilər”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr