AZ

Daha bir ABŞ təyyarəsi qəza siqnalı göndərdi - NƏ BAŞ VERİR...

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16CJ Fighting Falcon" tipli xüsusi təyinatlı qırıcı təyyarə İran-İraq sərhədi yaxınlığında uçuş yerinə yetirərkən transponderində "7700" kodunu yandırıb.

Musavat.com xəbər verir ki, bu kod beynəlxalq səviyyədə ümumi fövqəladə vəziyyət (Squawk 7700) siqnalı hesab olunur.

Sözügedən siqnal təyyarənin göyərtəsində texniki nasazlıqdan tutmuş heyətlə bağlı kritik insidentlərə qədər ciddi problemin yarandığı barədə bütün yerüstü xidmətləri və yaxınlıqdakı digər hava gəmilərini xəbərdar edir.

"EGYOSINT" monitorinq resursunun məlumatına görə, qırıcı İraq-İran istiqamətindən hərəkət edirmiş.

Nasazlığın xarakteri və ya təyyarənin hazırkı vəziyyəti barədə ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Təl-Əvivdən havaya qalxan ABŞ-yə məxsus "Boeing KC-135R Stratotanker" yanacaqdolduran təyyarəsi də dəniz üzərində fövqəladə vəziyyət siqnalı göndərib.

Musavat.com

Seçilən
0
5
musavat.com

6Mənbələr