AZ

“Elm Günləri”: UNEC-də Nobel mükafatçıları və elmin populyarlaşdırılması müzakirə olunub (FOTO)

Bakı. Trend:

UNEC-də keçirilən “Elm Günləri” çərçivəsində sonuncu tədbirNobel mükafatı laureatlarına həsr olunmuş müzakirələrlə yaddaqalıb. Tədbirin əsas məqsədi elmin populyarlaşdırılması və onuncəmiyyətə daha anlaşılan formada çatdırılması olub.

Tədbirdə elm adamları, ictimaiyyət nümayəndələri, eləcə dəUNEC-in professor-müəllim heyəti iştirak edib.

Müzakirələr zamanı 2025-ci il üzrə fizika, kimya, iqtisadiyyatvə digər sahələr üzrə Nobel Mükafatı laureatlarının elmifəaliyyəti, onların bəşəriyyətə verdiyi töhfələr və elmə baxışlarıgeniş təhlil olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov çıxışında elminpopulyarlaşdırılmasının cəmiyyət üçün əhəmiyyətinnə diqqət çəkərək,bu sahənin universitetin prioritet istiqamətlərindən biri olduğunuvurğulayıb: “Elmın populyarlaşdırılması fəaliyyətimizin əsasistiqamətlərindən biridir. Bu məqsədlə artıq bir neçə ildir ki,“Elmin populyarlaşdırılması” və “Elm gözəldir - məktəbdən elmə”təşəbbüsləri ilə Azərbaycanın müxtəlif bölgələrinin ali təhsilmüəssisələri və məktəblərində görüşlər keçiririk. Məqsədimiz elmiməktəb yaşlarından gənclərə sevdirmək və onların gələcəkdə elmifəaliyyətə yönləndirilməkdir”. Rektor, həmçinin qızların elməmarağının artırılmasına yönəlmiş yeni layihə üzərində də işlərinaparıldığını diqqətə çatdırıb: “Bu layihənin məqsədi qızşagirdlərin elmi fəaliyyətlərə daha çox cəlb olunmasına şəraityaratmaqdır.”

Ədalət Muradov Nobel mükafatçıları ilə bağlı müzakirələrinəhəmiyyətinə də toxunaraq bildirib ki, bu kimi tədbirlər yalnızelmi deyil, həm də milli və qlobal düşüncə baxımından vacibdir: “Bugün biz yalnız lokal çərçivədə deyil, qlobal məkanda düşünməyibacarmalıyıq. Öz potensialımıza düzgün qiymət vermək və öz gücümüzütanımaq inkişafın əsas şərtidir.”- deyə o bildirib.

Tədbirdə çıxış edən UNEC-in Elmin populyarlaşdırılmasımərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyevmərkəzin fəaliyyət istiqamətlərindən bəhs edib. O qeyd edib ki,əsas məqsəd elmi bilikləri geniş ictimaiyyət üçün daha əlçatan vəanlaşılan etməkdir: “Bu mərkəzin yaradılması təşəbbüsünün əsasxüsusiyyəti onun dinamik və məqsədyönlü xarakter daşımasıdır. Elminpopulyarlaşdırılması yalnız məlumat vermək deyil, həm də düşüncəformalaşdırmaqdır.”

Etibar Əliyev çıxışında Nobel mükafatı laureatlarının yalnızelmi kəşfləri ilə deyil, həm də elmin təbliği istiqamətindəgördükləri işlərlə seçildiyini vurğulayıb. O qeyd edib ki, bualimlərin elm və təhsil haqqında fikirləri bu gün də aktuallığınıqoruyur və gənclər üçün mühüm motivasiya mənbəyidir.

Eyni zamanda, o, elmin yalnız texnologiya və bilikdən ibarətolmadığını, onun mənəvi dəyərlərlə vəhdətdə inkişaf etməsininvacibliyini xüsusi vurğulayıb: “Əgər gələcəkdə elm mənəviyyatdanuzaqlaşarsa, bu, ciddi problemlərə səbəb ola bilər. Buna görə dəelmlə insani dəyərləri arasında balans qorunmalıdır.”

Tədbirdə iştirak edən yazıçı Aqşin Yenisey elmin daha genişauditoriyaya, xüsusilə də gənc nəslə anlaşılan formada çatdırılmasıüçün Nobel mükafatçılarının, alimlərin müsahibələrini Süniİntellektin imkanlarından istifadə edərək canlandırmağı və rəqəmsalplatformalarda paylaşmağı təklif edib.

Müzakirələr zamanı elmi ədəbiyyatlarının keyfiyyəti məsələsi dəönə çəkilib. Qeyd olunub ki, Azərbaycan dilinə tərcümə olunan elmikitabların peşəkar səviyyədə hazırlanması, terminoloji və dilbaxımından yüksək standartlara cavab verməsi vacibdir. Bu məqsədləkitabların nəşrdən əvvəl müvafiq ekspertiza və dil baxımındanyoxlanılması təklif edilib. Vurğulanıb ki, fundamental elmiəsərlərin Azərbaycan dilinə tərcüməsi gənclərin biliklərə çıxışimkanlarını genişləndirir və onların elmi inkişafına mühüm töhfəverir.

Tədbirdə həmçinin qeyd olunub ki, elmin populyarlaşdırılmasıyalnız akademik mühitlə məhdudlaşmamalı, məktəbdən başlayaraqcəmiyyətin bütün təbəqələrini əhatə edən vahid yanaşma kimi inkişafetdirilməlidir.

Sonda Etibar Əliyev UNEC-ə şəxsi kitabxanasından Nobelmükafatçılarından bəhs edən kitablar hədiyyə edib.

“Elm
“Elm
“Elm
“Elm
“Elm
“Elm
“Elm
“Elm
“Elm
Məqalədə:
Seçilən
56
az.trend.az

1Mənbələr