AZ

Çində Altsheymerə qarşı qeyri-adi üsul: donuz mənşəli göz damcısı

Çin alimləri Altsheymer xəstəliyinin müalicəsi üçün yeni üsul hazırlayıblar.

Musavat.com xəbər verir ki, tədqiqatçılar donuz mənşəli ekzosomlar əsasında hazırlanmış göz damcısının beyinə dərman çatdırılmasını yaxşılaşdıra bildiyini açıqlayıblar.

Araşdırmaya əsasən, bu ekzosomlar gözün torlu qişasından keçərək bioloji maneələri aşa bilir. Bu isə preparatın birbaşa beyinə daha effektiv çatdırılmasına imkan yaradır.

Siçanlar və dovşanlar üzərində aparılan sınaqlarda müsbət nəticələr əldə olunub. Alimlər bildirirlər ki, bu üsul gələcəkdə yalnız Altsheymer deyil, müxtəlif digər xəstəliklərin müalicəsində də istifadə oluna bilər.

Hazırda metodun insanlar üzərində tətbiqi üçün əlavə tədqiqatlar davam edir.

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr