AZ

Son dəqiqə: İranın vurduğu F-15-in bir pilotu xilas edildi

ABŞ mediası son dəqiqə xəbəri kimi bildirir ki, İran tərəfindən vurulan F-15 qırıcısının pilotlarından biri xilas edilib.

Musavat.com xəbər verir ki, hadisə bölgəsində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam edir.

Məlumata görə, ikinci pilot hələ də İran ərazisindədir və onun tapılması üçün ABŞ ordusu helikopterlər, pilotsuz uçuş aparatları və hərbi təyyarələr vasitəsilə intensiv axtarış aparır.

Bildirilir ki, əməliyyat asan keçmir. İran tərəfdə bəzi yerli silahlı şəxslərin və sakinlərin ABŞ qüvvələrinə qarşı atəş açdığı, axtarış prosesinə maneə yaradır.

Musavat.com

Seçilən
30
22
musavat.com

10Mənbələr