AZ

Avstraliya hökuməti yanacaq qıtlığı səbəbindən sürücülərə çağırış edib

Avstraliya hökuməti yanacaq qıtlığı səbəbindən sürücülərə çağırış edib

Avstraliyada hökumət ABŞ və İsrailin İrana hücumlarından sonra yaranan yanacaq böhranı ilə əlaqədar vətəndaşlara çağırış edərək, yanacağı şəhər daxilindəki stansiyalardan təmin etməyi tövsiyə edib.

AFN.az xəbər verir ki, energetika naziri Kris Bouen ölkə üzrə yüzlərlə yanacaqdoldurma məntəqəsində ehtiyatın bitdiyini bildirib.

Xüsusilə kənd yerlərində yanacaq qıtlığının yaşandığını qeyd edən nazir, dizel yanacağı tədarükünün yaxın həftələrdə əkin işlərinə başlayacaq fermerlərə yönləndiriləcəyini vurğulayıb. Bouen, aprel və may ayları üçün tədarükü təmin etmək məqsədilə 50 yanacaq gəmisinin Avstraliyaya doğru yolda olduğunu, lakin iyun ayı üçün hələ də risklərin mövcudluğunu qeyd edib.

Avstraliya Baş naziri Entoni Albaneze isə sosial media hesabından etdiyi paylaşımda yanacaq vergisini üç ay müddətinə yarıbayarı azaltdıqlarını bəyan edib. Hökumət 30 iyuna qədər ölkədə benzin və dizel qiymətlərini aşağı səviyyədə saxlamağı hədəfləyir.

Yerli mətbuatda qeyd olunur ki, böyük ölçüdə idxal yanacağından asılı olan Avstraliyada əhalinin təşviş içində alış-veriş etməsi ölkədəki yanacaq böhranını daha da dərinləşdirib.

Seçilən
50
afn.az

1Mənbələr