Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.
Hazır yeməklərə əlavə duz qatmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislər bildirirlər ki, artıq duz istifadəsi ürək-damar sisteminə ciddi ziyan vurur. Gündəlik ehtiyacdan artıq duz qəbul edən insanlar yüksək qan təzyiqi (hipertoniya), ürək çatışmazlığı və damar sərtləşməsi kimi problemlərlə üzləşə bilər.
Bundan əlavə, çox duzlu qidalar böyrək funksiyasına da mənfi təsir göstərir və su-duz balansının pozulmasına səbəb ola bilər. Uzun müddət yüksək duz qəbulu ürək ritminin pozulmasına, ürək-damar xəstəliklərinin riskinin artmasına və ümumi sağlamlıq vəziyyətinin pisləşməsinə gətirib çıxarır.
Ekspertlər hazır yeməkləri seçərkən tərkibindəki duz miqdarına diqqət yetirməyi, mümkün qədər təbii və evdə hazırlanmış qidaları üstün tutmağı tövsiyə edirlər. Həmçinin yeməklərə əlavə duz vurmaq əvəzinə, təbii ədviyyatlar və limon suyu ilə dadlandırmaq daha sağlam alternativ sayılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.