AZ

“Şəfa”ya Mingəçevir”dən zərbə

Futbol üzrə Azərbaycan I Liqasında XX tura yekun vurulub.

Msport.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

“Mingəçevir” öz meydanında çempionatın lideri  “Şəfa” ilə qarşılaşıb. 6 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb – 4:2. “Mingəçevir”in heyətində oyuna sonradandaxil olan Taleh Qarayev dubl edib.

Günün digər görüşündə “Şahdağ Qusar” isə autsayder “Şimal” minimal hesabla qalib gəlib.

“Şəfa” 45 xalla liderliyini davam etdirir. “Baku Sportinq” və “Səbail” 37 xalla 2-3-cü yerləri bölüşürlər. “Mingəçevir” 36 xalla 4-cü yeri tutur.

I liqa, XX tur
3 aprel

“Mingəçevir” – “Şəfa” 5:2
Qollar: 
Elçin Mustafayev, 6, Kennet Kalunqa, 50, Taleh Qarayev, 86, 90+5, Abba Usman, 88 – Emin Zamanov, 55 (pen), Amir Ebrahimzade, 90

“Şahdağ Qusar” – “Şimal” 1:0
Qollar: 
Alassan Kulibali, 4

Seçilən
44
msport.az

1Mənbələr