AZ

ABŞ əsgərlərinin İran ərazisində olması iddiasına rəsmi münasibət bildirildi

İranın İlam əyalətinə Amerika qüvvələrinin daxil olması və helikopter  meydançasını tutması barədə məlumat rəsmən təkzib olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə vilayətin valiliyi məlumat yayıb.

Rəsmi məqamlar insanları şayiələrə əhəmiyyət verməməyə və yalnız rəsmi mənbələrə etibar etməyə çağırış edib.

Hazırda həmsərhəd ərazilərdə amerikalı pilot və ya pilotların axtarışı gedir. Axtarış qrupundakı ABŞ helikopterlərindən birinin artıq vurulması iddia olunur. Yerli əhalidən "F-15" pilotunu diri təhvil vermək rica olunub. Onu əsir götürənə böyük mükafat vəd edilib.

Eyni zamanda, Xarq adasına amerika qoşunlarının təcavüz etməsi barədə xəbər təkzib olunub.


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr