Bizon ölkə kuboku
yarımfinal, ilk oyunlar
3 aprel
Turan Tovuz – Zirə 0:0
Cəzalı: yoxdu.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 17.30.
Təbii ki, əvvəlcə hər kəsin diqqətli Sumqayıta yönələcək. Axı yüksəliş dövrünü yaşayan “Turan Tovuz”la toparlanmağa çalışan, avrokuboklardan kənarda qalmaq istəməyən “Zirə”nin üz-üzə gəlməsi futbolsevərlərə gərgin və maraqlı mübarizə vəd edir. Onu da nəzərə alaq ki, bu komandalar hələ ölkə kubokunu qazana bilməyib. Belədə həm “bozqurd”un, həm də “qartallar”ın yetərincə motivasiyalı olacağına şübhə yoxdu. Əlbəttə, bu məqamda azarkeş dəstəyini də nəzərə almalıyıq. Böyük ehtimalla, xeyli tovuzlu tribunalarda yer alacaq. “Zirə” tərəfdarları da komandalarını çətin səfər matçında yalqız qoymamalıdı. Onsuz da stadiona giriş sərbəst olacaq.
Maraq üçün xatırladaq ki, bu komandalarindiyə qədər ölkə kubokunda iki dəfə üz-üzə gəlib. Həm 2016/17, həm də 2023/24 mövsümünün 1/8 finalına təsadüf edən qarşılaşmalar “qartallar”ın qələbəsiylə başa çatıb (1:0, 2:1).
Qarabağ – Sabah
Cəzalı: İqor Noqeyra (Sabah).
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.00.
Heç şübhəsiz, “Tofiq Bəhramov”da aprelə damğa vuracaq matçlardan birini izləyəcəyik. Axı ölkənin ən güclü iki komandası qarşılaşacaq. Matçla bağlı maraqlı məqam çoxdu. Bilindiyi kimi, “Qarabağ”la “Sabah” ölkə kubokunda daha əvvəl üç dəfə üz-üzə gəlib. 2023/24 mövsümündə matçlar 1/4 final mərhələsinə təsadüf edib. “Köhlən atlar” səfərdəki ilk oyunda 7:1 hesablı qələbə qazansa da, “doğma divarlar” arasında uduzub (3:4). Növbəti görüş isə ötən il keçirilib. “Sabah” “Qarabağ”ı finalda, özü də əlavə vaxtda məğlub edib (3:2). Deməli, ağdamlılar həm də qisas almağa çalışacaq. Çünki premyer-liqada liderliyi 10 xal fərqlə davam etdirən Masazır təmsilçisinin çempionluğu əldən vermək ehtimalı az qala sıfra bərabərdi.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta